Videonun müddəti: 4:32 Baxış: 286 Əlavə edilib: 2022.10.18
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Qarabağda ermənilərlə işləmək təklifinə vətəndaşlarımız GÖRÜN NECƏ REAKSİYALAR VERDİLƏR

Prezident İlham Əliyev ötən ilin sentyabrında “Anadolu” Agentliyinə müsahibəsində işğaldan azad edilmiş ərazilərdə aparılan işlərdə “Qarabağda yaşayan 25 min erməni də inşaat, bərpa işlərində iştirak edə bilər”, demişdi. Azərbaycan prezidenti Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı isə deyib: “Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinləri bizim vətəndaşlarımızdır”.

O əlavə edib ki, Bakı heç bir beynəlxalq mərkəzlə onların (Qarabağ ermənilərinin) həyatını necə təchiz etməyi müzakirə etməyəcək...

Göründüyü kimi, artıq Qarabağda yaşayan ermənilərin Azərbaycana inteqrasiyası və onların gələcəyinin şəkilləndirilməsi prosesi gündəmə gəlməkdədir. Azərbaycan dövlət adından ərazimizdə yaşayan ermənilərlə heç bir problem olmayacağını bəyan edir. Bu, protokol və beynəlxalq hüquq standartlarında lazım olan bəyanlardır. Bəs, sadə xalq təmsilçiləri nə düşünürlər? Onlar müharibədə dəstəklədikləri və arxasında durduqları dövlətin, iqtidarın ermənilərlə bağlı bu cür bəyanlarını dəstəkləyirlərmi?

Musavat.com "TV Musavat"ın sorğusunu təqdim edir:
Kateqoriyalar: Xalqın sözü