Videonun müddəti: 41:43 Baxış: 298 Əlavə edilib: 2022.10.17
Pinterest
LinkedIn
WhatsApp
Telegram

İran Rusiya tərəfdən müharibəyə qoşuldu! Azərbaycanla bağlı plan nə? CANLI

İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Araz bölgəsində hərbi təlimlərə başlayıb. SEPAH generalı Məhəmməd Pakpur son açıqlamasında bildirib ki, Şərqi Azərbaycan və Ərdəbil əyalətlərində genişmiqyaslı hərbi təlim keçiriləcək. “İran İnqilabı Keşikçiləri Korpusu Quru Qoşunları Aşura Qərargahı hərbi manevrə qatılacaq”, - deyə o bildirib.

İran Məhkəmə Sistemi oktyabrın 17-də yaydığı məlumatda Evin zindanında baş verən yanğın və qarşıdurma zamanı ölənlərin sayının 8 nəfərə çatdığını bildirib. Məlumatda yaralılarının sayının 61 nəfər olduğu qeyd edilib.

Onların Taliqani və Müdərris xəstəxanalarına köçürüldüyü, 12 yaralı məhkumun isə zindanın tibb məntəqəsində müalicə olunduğu deyilib. İran hökumətinə müxalif təşkilatlar, media orqanları və müstəqil insan haqları təşkilatları ölü və yaralı sayının rəsmi rəqəmlərdən daha çox olduğunu bildirirlər.

Qeyd edək ki, İran mediası ölü sayı barədə ziddiyyətli xəbərlər yaydığı üçün rəsmi məlumatların həqiqiliyi şübhə doğurur.

İran Rusiyaya raketlər tədarük etməyə hazırlaşır. Bu barədə "Vaşinqton Post" qəzeti məlumat yayıb.

Məlumatlar göstərir ki, İran Ukrayna müharibəsində istifadə üçün döyüş pilotsuz təyyarələri ilə yanaşı Rusiyaya özünün “Fateh-110” və “Zülfiqar” ballistik raketlərini də vermək niyyətindədir.

"Vaşinqton Post" Amerika təhlükəsizlik rəsmilərinə və müttəfiqlərinə istinadən yazır ki, Tehran sentyabrın 18-də raket sazişini yekunlaşdırmaq üçün Moskvaya rəsmilərini göndərib.

Pilotsuz təyyarələrlə mübarizə üçün yer-yer raketlərinin satışını da əlavə edib. Adlarının açıqlanmasını istəməyən bu Amerika və Avropa rəsmiləri Tehranın Moskvaya 300 km və 700 km məsafədəki hədəfləri vura bilən “Fatih-110” və “Zülfiqar” raketlərini göndərməyə hazır olduğunu bildiriblər.

TVMusavat-ın “Həftə içi” proqramında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə ilə İran, Ermənistan və bölgədəki prosesləri müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Kateqoriyalar: Həftə içi