Videonun müddəti: 1:05:00 Baxış: 277 Əlavə edilib: 2022.07.25
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Ukraynada dron savaşı qızışır, vəziyyət gərgindir – Erkin Qədirli ilə “Canlı debat”

Ukraynada dron savaşı qızışır, vəziyyət gərgindir

Britaniya məxfi xidməti Rusiya ordusunun yaxın həftələrdə Ukraynada fasilə verəcəyini gözləyir. Mİ6-nın rəhbəri Riçard Mur mətbuata açıqlamasında Rusiyanın silah və əsgər sarıdan ciddi problemlərinin olduğunu bildirib. Bu problemləri həll etmək üçün Kreml "xüsusi əməliyyata" fasilə verməyə məcburdur.

Hər gün Ukrayna müharibəsini izləyən ABŞ məxfi xidmətinin rəhbəri Uilyam Börns Kolorado ştatında keçirilən Aspen Təhlükəsizlik forumunda Rusiya ordusunun itkilərinin 15 min əsgər təşkil etdiyini bildirib. "Washington Post“ Börnsə istinadən yazır ki, 40 minə yaxın rus əsgəri Ukraynada yaralanıb".

Yaxın həftələrdə Rusiya ordusunun şəxsi heyət və material əldə etməsi getdikcə cətinləşəcək. Dünyaya silah satan Kremlin İranın uçuş aparatlarını almağa çalışması Moskvanın həqiqətən də ciddi silah problemlərinin olduğunu göstərir. Qərbin müasir silahları qarşısında aciz qalan rus ordusu irəliləməkdə çətinlik çəkir. Son bir neçə həftədir rus televiziyaları "xüsusi əməliyyat"ın uğurlarından məlumat verə bilmirlər.

Britaniya kəşfiyyatının rəhbəri Riçard Mur mətbuata açıqlamasında rus ordusunu Ukraynadan sıxışdırıb çıxarmaq üçün ideal vəziyyətin yarandığını bildirib. Onun fikrincə, Ukrayna ordusu vəziyyətdən istifadə etməli, əks-hücuma keçməlidir.

Britaniyanın "The Guardian" qəzeti Londonun yaxın həftələrdə Ukraynaya yüzlərlə pilotsuz uçuş aparatları göndərəcəyini yazır. İngiltərənin Müdafiə Nazirliyi dronlarla yanaşı tank əleyhinə silahların və artilleriya qurğularının yaxın həftələrdə Ukraynaya göndəriləcəyini təsdiqləyib.

Siyahıda 20-dən çox M109 özüyeriyən haubitsanın və Ukrayna əsgərlərinin hazırda Böyük Britaniyada təlim keçdiyi 36 L119 silahının adı keçir.
Kateqoriyalar: Canlı debat Siyasət