Videonun müddəti: 1:08:51 Baxış: 270 Əlavə edilib: 2022.10.12
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Rusiya ən qəddar generalını Kiyevə göndərdi, körpünü partladan tutuldu – Qabil Hüseynli ilə “Canlı"

FTX Krım körpüsünü partladan ermənini saxladı. Rusiya Federal Təhlükəsizlik Xidməti Krım körpüsünün partladılmasında beş Rusiya, üç Ukrayna və Ermənistan vətəndaşının saxlanıldığını elan edib. Bu barədə Rusiya mediası məlumat yayıb. “Krım körpüsündə terror aktının təşkilatçısı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, onun rəhbəri Kirill Budanov, əməkdaşları və agentləri olub. Saxlanılanlar isə cinayətin hazırlanmasında iştirak ediblər”, - məlumatda deyilir.

Qeyd edilib ki, hücum üçün bomba film rulonlarında kamuflyaj edilib. Partlayıcı maddələr Odessadan Bolqarıstan, Gürcüstan və Ermənistan vasitəsilə göndərilib

Bu arada Rusiya da ən qəddar generalını artıq Kiyevə göndərdi. Məqsəd müharibədə qalib gəlmək bahasına ən qəddar addımları atmaqdır. Nəticə necə olacaq? Bu komandan balansı necə dəyişəcək?
Kateqoriyalar: Canlı debat