Videonun müddəti: 48:23 Baxış: 303 Əlavə edilib: 2022.10.10
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Putindən Zelenskiyə şok təhdid: Rusiya Ukraynanı bomdarman edir - Kiyevdən CANLI

Kiyev rejiminin cinayətlərini cavabsız qoymaq mümkün deyil. Bunu Rusiya Prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının üzvləri ilə keçirdiyi müşavirədə bildirib.

Krım körpüsünün partladılması ilə bağlı Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin məruzəsi üzrə danışan Rusiya Prezidenti vurğulayıb ki, Kiyev özünü ən təhlükəli terrorçu qruplarla bir cərgəyə qoyub. Putin bu gün səhər Ukraynanın şəhərlərinə endirilən raket zərbələri barədə də danışıb.

“Səhər yüksək dəqiqlikli silahlarla Ukraynanın enerji, hərbi və rabitə infrastrukturlarına kütləvi zərbələr endirilib. Ukrayna terror aktlarını Rusiya ərazisində davam edəcəyi halda bizim cavabımız sərt və öz miqyasına görə həmin təhdid səviyyəsinə müvafiq olacaq”, - Putin qeyd edib.

Oktyabrın 10-da rus qoşunlarının bəzi şəhərlərə kütləvi raket zərbələri endirməsi nəticəsində Ukrayna məktəblərində tədris dayandırılıb. Ukrayna ordusu Rusiyanın Belqorod vilayətinə zərbələr endirib. Bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov deyib. Onun sözlərinə görə, Şebekino rayonunun vurulması nəticəsində 3 ev dağılıb, 1 sakin ölüb. Bundan başqa, Valuysk şəhər dairəsi və Konoplyanevka kəndi də atəşə məruz qalıb.
Kateqoriyalar: Həftə içi