Videonun müddəti: 51:37 Baxış: 276 Əlavə edilib: 2022.10. 7
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Son dəqiqə...indi də Putin Əliyev və Paşinyanla görüşür - CANLI

ABŞ Prezidenti Co Bayden bildirib ki, nüvə silahından istifadə bütün dünya üçün “Armageddon”la bitə bilər. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Baydenin sözlərinə görə, dünya 1962-ci ildə Karib böhranından sonra ilk dəfədir ki, nüvə silahının istifadəsi ilə bağlı birbaşa təhlükə ilə üzləşir. O qeyd edib ki, vəziyyət hazırda getdiyi istiqamətdə inkişaf edərsə, bu, həqiqətən də, mümkündür.

ABŞ lideri deyib ki, o, rusiyalı həmkarı Vladimir Putini “yaxşı tanıyır”. Buna görə də Putin “taktiki nüvə, bioloji və ya kimyəvi silahların potensial istifadəsi haqqında danışarkən zarafat etmir”.

Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Jerom Lamber Praqa görüşünün nəticələrini Modern.az-a şərh edib.

Fransalı deputat dördtərəfli görüşün faydalı olduğunu bildirib. Jerom Lamber qeyd edib ki, sülh danışıqları ilə yanaşı, Azərbaycan erməni təxribatlarına qarşı diqqətli olmalıdır.
“Bu görüş əvvəllər keçirilən dialoqların davamıdır. Sərhədlərin delimitasiyasını yerində araşdırmaq üçün Avropa İttifaqının nümayəndə heyətinin qəbul edilməsi qərarı çox yaxşı haldır. Amma davamlı sülhə doğru irəliləyişlər qarşısında sülh prosesindən imtina edən erməni ekstremistlərinin törədə biləcəyi təxribatlara qarşı diqqətli olmalıyıq. Ermənistan əhalisi arasında azlıq təşkil edən ekstremistlər diasporda, xüsusən də Fransada çox fəaldırlar. Ona görə də Azərbaycan həmişə olduğundan daha diqqətli olmalıdır. Mən Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin prinsiplərini tanıyan bu iki suveren dövlətin regionda sülh və tərəqqi dövrünu quracaqlarına inanıram. Ümid edirəm ki, yaxın vaxtda sülh müqaviləsi bağlanacaq”, - deyə Fransa parlamentinin üzvü vurğulayıb.
Kateqoriyalar: Həftə içi