Videonun müddəti: 51:17 Baxış: 266 Əlavə edilib: 2022.10. 7
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Paşinyan Putinin yanında – nəyin icazəsini alır? – Elşad Musayevlə “Canlı debat”

Ermənistan rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda bəyanat qəbul edilib.

Yelisey sarayının rəsmi saytında dərc edilən bəyanata əsasən, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü, suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.

"Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq", - bəyanatda qeyd olunub.
Kateqoriyalar: Canlı debat