Videonun müddəti: 37:59 Baxış: 280 Əlavə edilib: 2022.10. 5
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Xankəndidə çevriliş: Rusiya onu hakimiyyətə gətirir - Elxan Şahinoğlu ilə CANLI

“Bakı və İrəvan noyabrın birinci ongünlüyündə Brüsseldə saziş imzalayacaqlar”. Bu barədə Ermənistanda nəşr olunan PAST qazeti məlumat yayıb. Məlumatda bildirirlir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün Cenevrədə keçirilən görüşün təfərrüatı barədə Avropa İttifaqı (Aİ) nümayəndələrinə məlumat verəcək.

“Aİ-nın xüsusi nümayəndəsi Toivo Klaar Ermənistana son səfəri zamanı İrəvana sülh müqaviləsinin yekun mətnini oktyabrın sonunadək yekunlaşdırmağı tövsiyə edib. Moskva artıq müqavilənin imzalanmasına razılıq verib”, – deyə məlumatda qeyd olunur. Sülh sənədi imzalana bilərmi?

Azərbaycanın Qarabağ bölgəsindəki işğalçı rejimin başçısı Araik Arutunyan oktyabrın 4-də açıqlama yayıb. Topluma səslənən qondarma rəhbər Ruben Vardanyana “dövlət naziri” vəzifəsi təklif etdiyini bildirib. “Dövlət naziri” işğalçı rejimdə "hökumət başçısı" sayılır.

1968-ci ildə Ermənistanın paytaxtı Yerevanda doğulan Ruben Vardanyan Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib, İtaliya, Fransa, Böyük Britaniya, ABŞ və Sinqapurda müxtəlif proqramlar üzrə təhsil alıb, kurslar keçib.

Sərmayə sektorunda fəaliyyət göstərən iş adamı kimi tanınan Ruben Vardanyan milyarderdir. 2022-ci il sentyabrın 1-də Ruben Vardanyan Rusiya vətəndaşlığından çıxdığını, Qarabağa köçdüyünü bəyan edib.

İşğalçı rejimin təhlükəsizliyi və inkişafı üzrə cəbhə yaradıldığını vurğulayan Ruben Vardanyanın müraciətinin ruhundan onun bölgədə "hakimiyyətə" iddialı olduğu görünüb. Rusiyanın planı nədir?
Kateqoriyalar: Həftə içi