Videonun müddəti: 1:16 Baxış: 290 Əlavə edilib: 2022.07.21
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Bayden xərçəngə tutulduğunu etiraf etdi - ŞOK AÇIQLAMA

Ağ Ev ABŞ Prezidenti Cozef Baydenin onda xərçəng aşkarlanması ilə bağlı sözlərinə münasibət bildirib.

"Report"un xəbərinə görə, bu barədə Ağ Evin mətbuat katibinin müavini Endryu Beyts tviter səhifəsində yazıb. Beyts bildirib ki, dövlət başçısı ondan əvvəllər cərrahi yolla kəsilib götürülən dəri şişini nəzərdə tutur.

"Prezident bunu nəzərdə tuturdu", - “Washington Post”un redaktoru Qlenn Kessler mikrobloqunda yazıb. Jurnalist Baydenin əvvəllər dərc olunmuş tibbi hesabatına işarə edib. O, xatırladıb ki, demokrat prezident olmamışdan əvvəl də onun dərisində melanoma olmayan şişlər çıxarılıb.

Qeyd edək ki, melanoma xərçəng xəstəliyinin ən təhlükəli növlərindən biridir. Xəstəlik tez inkişaf edir və metastaz verir.
Kateqoriyalar: Xəbər
Mövzular: bayden xəbər tv dünya