Videonun müddəti: 2:38:35 Baxış: 20K Əlavə edilib: 2022.03.18
Pinterest
LinkedIn
WhatsApp
Telegram

UKRAYNADA ƏCƏL ZƏNGİ KİMİN ÜÇÜN ÇALINIR? RAUF ARİFOĞLU İLƏ ''DƏRİN TƏHLİL''

Canlı Tv, Azərbaycan, TvMusavat, Xəbər, xəbərlər, xəbərlər, son dəqiqə, xəbərlər bugün 2022, xəbər zamanı, siyasət, canlı debat, xəbər zamanı, təcili xəbər, yenixəbər, son xəbərlər #Xəbər #Canlı #TvMusavat Rusiya – Ukrayna savaşının “Hərb və sülhü” qabaqdadır. Və ümumiyətlə məlum deyil ki, bu faciəvi hadisəni, qardaş qırğınını təsvirə alacaq başqa bir TOLSTOY olacaqmı? Verilişimizə verdiyimiz adda amerikalı Ernest Heminqueyin “Əcəl zəngi’’ əsərindən istifadə etmişik. Bu əsər faşizmə qarşı münasibəti ortaya qoyub və bu ifadədən də, əsərdən də sovet ədəbi təbliğat ənənələrində çox istifadə olunub. Doğrudur, bəzi analitiklərə görə Rusiya-Ukrayna müharibəsinin simasına, informativ komandanların səyi ilə, ingilis yazar Con Ronald Ruel Tolkienin fantaziya janrındakı romanı “Üzüklərin hökmdarı” daha idialıdır. Adama elə gəlir ki, hazırda Ukraynada məhz bu əsərin real həyatda səhnələşdirilmiş tamaşası gedir. İstənilən halda, ‘’Əcəl zəng’’ləri çalınır, - həlak olan minlər və on minlərlə əsgərin, körpə və qocanın, cavanın əcəl zəngləridir bu çalınan. Bəzən hadisələr gərginləşdikcə, Üçüncü dünya müharibəsi, nüvə müharibəsi real görünən anlarda ‘’Əcaba bu zəng bəlkə bəşəriyyət üçün çalınır’’ təəssüratı yaranır. Lakin bu günkü dərin təhlilimizin mövzusu bunlar deyildir. Politoloqlar, şərhçilər, siyasətçilər daha aşağılarda, “rasional”, “praqmatik” təhlillər aparırlar, proqnozlar verirlər, diskussiyalara girişirlər , - : ‘’Rusiya , yoxsa Ukrayna qalib gələcək, Ruslar, yoxsa Ukraynalılar, üstündür”, kollektiv Qərb, yoxsa Rusiya məğlub olacaq... Aydın olan odur ki, “Əcəl zəngi” artıq ölmüşlərə , yox öləcəklərə, silinəcəklərə, məhv ediləcəklərə yəni olacaqlara çalınır. Mövzumuz da məhz bunlardır: - ’’Əcəl zəngi’’, Zelenskiyə yoxsa Putinə, müstəqil Ukrynaya, yoxsa Rusiya imperiyasına çalınır? Kollektiv Qərb, yoxsa Rus dünyası məhv olacaq? - Bu savaşda tamamilə effektsizliyi aşkar olan başda BMT, onun Təhlükəsizlik Şurası (Təhlükəsizlik Şurasının veto hüquqlu 5 üzvlük institutu ilə birlikdə) müasir beynəlxalq təhlükəsizlik sistemi məhv olurmu, dəyişirmi, əvəzlənirmi”, tarix olurmu? Avropa Şurası, ATƏT və bu kimi qurumlar daxil... - Bu sırada Türkiyə prezidenti R. T. Ərdoğanın ‘’Dünya 5- dən böyükdür’’ formulunun gerçəkləşəcəkmi? Beynəlxalq təhlükəsizlik sisteminin yeni konfiqurasiyasımı yaranır? Bu təhlükəsizlik sistemində Türkiyənin, bizim - Azərbaycanın, Türk dünyasının yeri necə olacaq? Nə olmalıdır və bunun üçün nələr edilməlidir? Hər şey müəyyən modifikasiyalarla mahiyyətcə əvvəlki kimi qalacaq? - Çoxqütblü dünya düzəni reallaşmamış məhv oldumu? - Təkqütblülük (total qloballaşma) yenidənmi təntənəsini yaşayır? - Milli dövlətlər erası başa çatırmı? Kürəsəl imperiyayamı doğru gedirik? - Çoxqütblülük ( o cümlədən bir neçə imperiyanın yaranması) prosesi davam edəcəkmi? - Beynəlxalq hüquq ortadan qalxırmı, nə ilə əvəz oluna bilər, yoxsa daha da inkişaf edib, güclənəcək? - Rusiya tamyetərli qeopolitik sistem kimi sıradan çıxarsa bu postsovet məkanı ölkələrinə, o cümlədən Türkiyənin, Azərbaycanın taleyinə hansı təsirləri göstərəcək? Bu və digər suallarla, mövzu başlıqları ilə Əməkdar jurnalis Rauf Arifoğlunun təqdimatında ''Dərin təhlil'' verilişimizdə müzakirələr aparılacaq. Müzakirələrdə studiyadakı qonaqlarımız .... ABUNƏ OLUN : https://www.youtube.com/TVmusavat TV Müsavat mobil tətbiqləri artıq hər iki platformada... Canlı yayımlarımızı vaxtında izləmək üçün proqramı telefonunuza yükləyin. Veriliş başlayan zaman sizə bildiriş gələcək və daxil olub rahat izləyə, şərh yaza və paylaşa biləcəksiniz. Android smartfonları üçün: https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US iOS üçün: https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460 #Trend #Azərbaycan #Xəbər "TV Musavat" kanalı Yeni Müsavat Media Qrupuna aiddir. Qəzetin ilk sayı 10 noyabr 1989-cu ildə dərc olunub. Qəzetin qurucusu indiki baş redaktor və Yeni Müsavat Media Qrupunun sahibi Rauf Arifoğludur. "Yeni Müsavat" qəzeti ilk illər (1989-1991) gizli fəaliyyət göstərib, kommunist Sovet rejiminə qarşı yaradılan Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbu orqanı olub. 1991-ci illin dekabrında, Azərbaycan müstəqilliyini qazanandan iki ay sonra gizli fəaliyyətə son verib və dövlət qeydiyyatına alınıb. “Yeni Müsavat”, Azərbaycana həftədə 7 dəfə çap rejimini gətirən yeganə qəzetdir. Yeni Müsavat media qrupuna aid olan KİV-lər bunlardır: www.musavat.com, www.minval.az (rus), http://minval.info/ , tr.minval.az (anadolu türkcəsi) Dövriyyəsinə, tirajına və əhatəsinə görə Yeni Müsavat Media Qrupu Azərbaycanın əsas media təsisatlarındandır. #xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics