Videonun müddəti: 1:04:17 Baxış: 320 Əlavə edilib: 2022.07.20
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Ərdoğan Putindən qisasını aldı – vəziyyət kritik – Qabil Hüseynli ilə “Canlı debat”da

Ötən gün Tehranda keçirilən Astana üçlüyünün sammitində Rusiya və Türkiyə Prezidentlərinin ikili görüşü dünya mediasının əsas müzakirə mövzularından birinə çevrilib.

Rusiya və Türkiyə liderlərinin görüşü öncəsi Ərdoğanın dəqiqələrlə Putini gözlətməsi Astana zirvəsinə damğa vurub. Qəzet yazır ki, Ukrayna-Rusiya müharibəsində vasitəçi kimi mövqeyini möhkəmləndirmək istəyən, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalarla razılaşmayan, eyni zamanda Ukraynanı dəstəklədiyini açıqlayan Ərdoğan Putinlə görüşə çox gec qoşulub. Ərdoğanı gözləyərkən kameralar qarşısında çətin vəziyyətə düşən Putinin qəribə hərəkətlərə yol verdiyi qeyd olunur. Kadrlardan Putinin əlləri və ayaqlarıyla kiçik hərəkətlər etdiyi və üz ifadələrindən narahat olduğu görünür.

"The Guardian" xatırladır ki, 2020-ci ildə Moskvada Ərdoğan və nümayəndə heyətini dəqiqələrlə qapıda saxlayan Putin indi özü eyni vəziyyətlə üzləşib. Belə “ağıl oyunları”nı sevən Putinin keçmişdə Almaniyanın kansleri Angela Merkeli, Fransa Prezidenti Emmanuel Makronu, və Böyük Britaniya kraliçası II Elizabeti dəqiqələrlə gözlətdiyi bildirilir.

Britaniya mediasının xəbərinə görə, Ərdoğan bu yolla Putindən 2020-ci ildə Moskvada baş verənlərin qisasını alıb.

Dünənki görüş hansı mesajlarla yadda qaldı? İrəvan sentyabra qədər Laçının boşaldılacağı anonsunu veribsə, buna inanmaq olarmı? Bunun İlham Əliyevin ötən cümlə günü verdiyi mesajla bağlılığını necə izah etmək mümkündür?
Kateqoriyalar: Canlı debat