Videonun müddəti: 4:21 Baxış: 319 Əlavə edilib: 2022.07.19
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Ailə qarşısında aciz qalmaqdansa... - Qazi fəryad etdi

I Qarabağ müharibəsi qazisi, 3-cü qrup əlil Əhmədov Namiq Əhməd oğlu illərdir ev növbəsindədir. Lakin onun bu şikayətinə heç bir qurum tərəfindən nəzarət edilmir. İllərdir müraciət etmədiyi aidiyyatı orqan qalmayıb.

Hətta yaxınlarının bildirdiyinə görə qazi nazir səviyyəsində qəbul edilib. Lakin ötən il tikinti şirkəti ev üçün ayrılan sahənin dar olduğunu bəhanə gətirərək evin tikintisini dayandırıb. Tikintinin davam etdirilməsinə bu il üçün söz verilsə də, verilən sözə əməl edilməyib. Acınacaqlı vəziyyət səbəbindən qazi bir dəfə intihara cəhd edib. Amma ailəsi onu intihar fikrindən yayındıra, xilas edə bilib.

Problemin həll olunması üçün qazi Əhmədov Namiqin ailə üzvləri “Yeni Müsavat”a müraciət edib.

Mövzu ilə bağlı qarşı tərəfin fikirlərini öyrənməyə çalışsaq da, zəngimizə cavab verilmədi.

Anar Əhməd
Elçin Əkbərov
Musavat.com
Kateqoriyalar: Problemin dili
Mövzular: qazi problem tv musavat