Videonun müddəti: 4:14
Baxış: 3.0K
Əlavə edilib: 2022.03.23
Moldova!Öncə Ermənistandan, indi Ukraynadan qaçqın düşən azərbaycanlı ailələri Səfir Qüdsi Osmanovla
Moldova, Tataresti rayonu. Öncə Ermənistandan, indi isə Ukraynadan qaçqın düşən azərbaycanlı ailələri. Moldova səfirimiz Qüdsü Osmanov didərgin ailələri sığındıqları kilisədə ziyarət edir, onlarla bərabər yemək yeyir və izahat işləri aparır. Səfir Q. Osmanov Musavat.com-a bildirir ki, soydlarımıza Azərbaycan dövləti adından dəstəyimizi, yanlarında olduğumuzu ifadə edirik. Eyni zamanda, onu da bildiririk ki, onlar bizim də dəstəyimizlə Azərbaycana deyil, Avropaya, Almaniyaya getsinlər. Çünki orada Ukraynadan didərgin düşənlər üçün hər cür şərait və dəstək dünya səviyyəsində həll edilib. Həm faktiki, həm də gələcək baxımından, Avropaya yerləşmək daha stratejidir, daha doğrudur. Səfir onu da bildirir ki, soydaşlarımız qeyri - müəyyənlik baxımından Avropaya getməkdən çəkinirlər. Lakin biz dövlət adından onlara hər mərhələdə dəstək olacağımızı bildiririk, təşviqlərimizi aparırıq.
Veriliş:
Tv Musavat
Kateqoriyalar:
News & Politics

