Videonun müddəti: 11:30 Baxış: 2.3K Əlavə edilib: 2022.03.16
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Rüstəm İbrahimbəyovun həyat yoldaşı onun son istəyindən danışdı VİDA MƏRASİMİ

Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun Nizami Kino Mərkəzində vida mərasimi keçirilir. Musavat.com bildirir ki, mərasimdə mədəniyyət nazirliyinin nümayəndələri, tanınmış kino xadimləri, ictimaiyyət nümayəndələri və digər tanınmışlar iştirak edir. Mərasimdə mərhumun birinci həyat yoldaşı Şöhrət İbrahimbəyova və oğlu Orxan İbrahimbəyov da var. Şöhrət İbrahimbəyova jurnalistlərə açıqlamasında bunları bildirib: "Rüstəm İbrahimbəyov gözəl və ağıllı insan idi. Onun son istəyi və arzusu haqqında məlumatlı deyiləm. Çünki üç ay xəstəxanada qalıb. Onu nə görmüşəm, nə də danışa bilmişəm". Mərhumun oğlu Fuad İbrahimbəyov isə qeyd edib: "Bir valideyn kimi atamı itirmək mənim üçün çox ağırdır. Bu, bizim üçün gözlənilməz oldu. Sevindirici haldır ki, atamın nəşi Azərbaycana gətirildi və o, öz vətənində dəfn olunacaq. O, çox özəl insan, gözəl ata və qeyri-adi incəsənət adamı idi. Son anında deyirdi ki, əgər geri qayıda bilməsəm, əvəzimə köhnə dostlarımı qucaqla və sevgimi çatdır". Xatırladaq ki, Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə 83 yaşında vəfat edib. Kinorejissor uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakıda anadan olub. Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib. 1989-cu ildə əsası qoyulan “İbrus” (İB- İbrahimbəyov, RUS-Rüstəm) şirkətinin və eyni adlı teatrın təsisçisidir. 1962-ci ildən yazıçılıqla məşğul olub. 15 pyesi dünyanın 100 dən çox ölkə teatrlarından tamaşaya qoyulub. R.İbrahimbəyovla Nikita Mixalkovun müştərək filmi olan "Sibir bərbəri" 1998-ci ildə Avropanın ən böyük büdcəli filmi sayılıb. 1999-cu ildə onun Sergey Bodrovla birgə ssenarisini yazdığı "Şərq-Qərb" filmi ən yaxşı xarici film nominasiyasında "Oskar" mükafatına namizədlərdən biri olub. Onun ssenarisi əsasında çəkilmiş "Səhranın bəyaz günəşi" filmi bir vaxtlar keçmiş SSRİ-də ən çox baxılan film olub. Canlı Tv, Azərbaycan, TvMusavat, Xəbər, xəbərlər, xəbərlər, son dəqiqə, xəbərlər bugün 2022, xəbər zamanı, siyasət, canlı debat, xəbər zamanı, təcili xəbər, yenixəbər, son xəbərlər #Xəbər #Canlı #TvMusavat ABUNƏ OLUN : https://www.youtube.com/TVmusavat TV Müsavat mobil tətbiqləri artıq hər iki platformada... Canlı yayımlarımızı vaxtında izləmək üçün proqramı telefonunuza yükləyin. Veriliş başlayan zaman sizə bildiriş gələcək və daxil olub rahat izləyə, şərh yaza və paylaşa biləcəksiniz. Android smartfonları üçün: https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US iOS üçün: https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460 #Trend #Azərbaycan #Xəbər "TV Musavat" kanalı Yeni Müsavat Media Qrupuna aiddir. Qəzetin ilk sayı 10 noyabr 1989-cu ildə dərc olunub. Qəzetin qurucusu indiki baş redaktor və Yeni Müsavat Media Qrupunun sahibi Rauf Arifoğludur. "Yeni Müsavat" qəzeti ilk illər (1989-1991) gizli fəaliyyət göstərib, kommunist Sovet rejiminə qarşı yaradılan Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbu orqanı olub. 1991-ci illin dekabrında, Azərbaycan müstəqilliyini qazanandan iki ay sonra gizli fəaliyyətə son verib və dövlət qeydiyyatına alınıb. “Yeni Müsavat”, Azərbaycana həftədə 7 dəfə çap rejimini gətirən yeganə qəzetdir. Yeni Müsavat media qrupuna aid olan KİV-lər bunlardır: www.musavat.com, www.minval.az (rus), http://minval.info/ , tr.minval.az (anadolu türkcəsi) Dövriyyəsinə, tirajına və əhatəsinə görə Yeni Müsavat Media Qrupu Azərbaycanın əsas media təsisatlarındandır. #xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics