Videonun müddəti: 57:44 Baxış: 319 Əlavə edilib: 2022.07.18
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Vitse spiker Adil Əliyev iqtidardakı “5-ci kolon”u - təxribatçı məmurları ifşa etdi - Elşad Musayevlə “Canlı debat”

“Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsini işləyərkən əlində olan səlahiyyətlərindən istifadə edərək, əksər dövlət strukturlarına özünə bağlı kadrları yerləşdirib. Dövlət əmlakını tar-mar edən bu kadrlar qəsdən dövlət ilə xalq arasında uçurumlar yaradır”.

Milli Məclisin vitse-spikeri Adil Əliyev “Yeni Müsavat”a müsahibəsində deyib.
Vitse-spiker bildirib ki, korrupsioner məmurların hamısını öz ətrafında cəmləşdirən Ramiz Mehdiyev Prezident Administrasiyasından qovulduqdan sonra da rahat dayanmadı. “AMEA-nın prezidenti işlədiyin zamanlar tez-tez köhnə məmurları öz ətrafına toplayıb onları təlimatlandırdığına dair məlumatlar var. Sonunda AMEA-dakı yerindən də uzaqlaşdırıldı. Kreslosunu isə öz adamına buraxdı. Düzdür, hələ ki, Arif Həşimov AMEA-nın prezidenti vəzifəsinə təyin olunmayıb, sadəcə bu vəzifənin icraçısı kimi fəaliyyət göstərir, amma onun da Ramiz Mehdiyevin təlimatı ilə işlədiyi bəllidir. Görünür, buna görə də indiyədək rəsmən AMEA prezidenti vəzifəsinə gətirilməyib. Korrupsioner komandanın bütün üzvləri hakimiyyətdən uzaqlaşdırılmayanadək Azərbaycan rahat nəfəs ala bilməyəcək”, - Adil Əliyev vurğulayıb.

A.Əliyevin sözlərinə görə, Ramiz Mehdiyevin ölkədəki radikal müxalifətlə də gizli əlaqələri var.

O deyib ki, son vaxtlar həm hakimiyyətdəki bəzi qüvvələr, həm də radikal müxalifət yenidən fəallaşmağa başlayıb.

“Kimlərsə əlillərin psixoloji halından dövlətimizə qarşı qəsdən istifadə edirlər. Və bu zümrənin hamısı eyni mərkəzdən idarə olunur. Bəziləri müxalif düşərgədə, bəziləri isə hakimiyyət orqanlarında oturub təxribat törətməyə çalışırlar. Məqsəd isə Azərbaycanın qazandığı qələbəyə kölgə salmaq, insanlarımızın ordumuza münasibətlərini soyutmaqdır. Sirr deyil ki, Azərbaycan hələ də Vətən uğrunda savaşını tamamlamayıb. Ermənilər 44 günlük müharibədə əldə edilən razılaşmalara əməl etmir. Atəşkəs sazişinin şərtlərini pozur, sülh müqaviləsi bağlamaqdan yayınırlar. Hər an yenidən müharibə başlaya bilər. Azərbaycan ordusu buna hazır olmalıdır. Bunun üçün isə insanlarımız mənəvi-psixoloji cəhətdən döyüşə hazır vəziyyətə gətirilməlidir. Hesab edirəm ki, əlillərimizin ruhdan salınması və intihara sürüklənəcək qədər motivasiya edilməsi qəsdən yürüdülən siyasətdir və nə yazıq ki, bu məsələdə bir sıra müxalif qüvvələrlə yanaşı hakimiyyətdəki “5-ci kolon”un nümayəndələri də birgə fəaliyyət göstərirlər. Daha açıq deyəcəyəm; Azərbaycanda “5-ci kolon”la bəzi müxalif qüvvələr dövlətçiliyimizə qarşı ittifaq qurublar. Niyyətləri isə Azərbaycanın 3-ci Qarabağ döyüşlərində məğlubiyyətinə nail olmaqdır. Görünür, Prezident İlham Əliyevin 44 günlük müharibədən sonra qazandığı nüfuz və son zamanlar korrupsiya və rüşvətxorluğa qarşı apardığı mübarizə həm müxalifətdəki, həm də iqtidardakı düşmənlərini narahat edir və onları eyni mərkəzdə birləşdirir”.
Kateqoriyalar: Canlı debat