Videonun müddəti: 4:05 Baxış: 2.6K Əlavə edilib: 2022.04.12
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Avtobuslarda qiymət artımı – Sakinlərin etirazı! Xalqın içindən REPORTAJ

@Yeni Musavat TV #2022 #sonxəbərlər Avtobuslarda qiymət artımı – Sakinlərin etirazı – Küçə sorğsu Aprelin 8-i Bakı şəhərində və paytaxt ətrafında müntəzəm sərnişindaşıma xidməti göstərən özəl daşıyıcı şirkətlər mövcud tariflərə yenidən baxılması və özəl daşıyıcılara dövlət dəstəyinin artırılması ilə bağlı Tarif (qiymət) Şurasının sədri, İqtisadiyyat naziri Mikayıl Cabbarova və Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət ünvanlayıb. Onlar xərclərinin çox olduğunu qeyd edib, gediş haqqının qaldırılmasını istəyiblər. Tarif Şurası isə açıqlama yayaraq bildirib ki, hazırda ictimai nəqliyyatda gediş haqqının dəyişdirilməsi məsələsi gündəmdə deyil. Bəs paytaxt sakinlərinin bu qiymət artımına münasibətləri necədir? Ümumiyyətlə avtobusların fəaliyyətindən razıdırlarmı, və ya qiymət artımı olarsa avtobuslardan istifadə bu qiymətə dəyərmi? Mövzu ilə bağlı Tv Musavatın əməkdaşları paytaxt sakinləri arasında sorğu keçirib, onların fikirlərini öyrənib. Anar Əhməd, Nərminə Aydın, Musavat.com
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics