Videonun müddəti: 1:04:24 Baxış: 371 Əlavə edilib: 2022.06.29
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Rəna Nəsibovanı kimlər öldürüb, Qaralov və Usubov məhkəməyə gətiriləcəkmi? – məhkəmədən şok bilgilər

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, həmçinin MTN-in keçmiş əməkdaşları - Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmədə ciddi nüanslar var.

Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə MTN müstəntiqlərinin ibtidai istintaqa verdikləri ifadələrin elan edilib. İfadələr təqsirləndirilən şəxs Yasin Məmmədovun vəsatəti əsasında elan olunub. O bildirib ki, icraatlarında olan cinayət işləri üzrə Baş Prokurorluqdan verilən şifahi və yazılı göstərişləri icra ediblər.

Təqsirləndirilən şəxs Sahib Ələkbərov 20 il xidmət etdiyini diqqətə çatdırmaqla ona 6 epizod üzrə ittiham verildiyini deyib. Sahib Ələkbərov həmin epizodlar üzrə zərərçəkən qismində tanınan şəxslərdən hədə-qorxu ilə pul almadığını, tələb etmədiyini, rüşvət almadığını dilə gətirib.

O, icraatında olan cinayət işləri üzrə birbaşa sabiq baş prokuror Zakir Qaralov və onun 1-ci müavini olmuş Rüstəm Usubovun şifahi və yazılı göstərişlərini icra etdiyini deyib

Bundan sonra Sahib Ələkbərov yazılı şəkildə hazırladığı vəsatəti elan edib. O, sabiq baş prokuror Zakir Qaralovla onun 1-ci müavini Rüstəm Usubovun məhkəmə prosesinə şahid qismində dəvət edilmələrini tələb edib: “Zakir Qaralovla Rüstəm Usubovun bu məhkəmə prosesində şahid qismində dindirilmələri olduqca vacibdir".

Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov məhkəmənin diqqətinə çatdırıb ki, zərərçəkənlərinin çoxunun barəsində qanuni ittihamedici hökm qüvvədədir.

Zakir Qaralovla Rüstəm Usubovun MTN işi məhkəməsində ifadə vermələri haqda vəsatətlər qaldırılıb. Onların hakim önünə çıxmaları mümkün görünürmü? Hüquq nə deyir bu haqda? Vəkillər, hüquqçular, müxalifət nə düşünür?

Sözügedən məhkəmə işi bir çox həqiqətləri üzə çıxarıb. Hansı cinayətlər gizlədilib? MTN-də hansı dəstələrlə necə əlbir olub? Rəna Nəsibovanı kimlər qətl edib?
Kateqoriyalar: Canlı debat