Videonun müddəti: 59:00 Baxış: 304 Əlavə edilib: 2022.06.27
Pinterest
LinkedIn
WhatsApp
Telegram

G7 liderləri Putini ələ saldılar – Elxan Nuriyevlə “Canlı debat”

Biz Putindən daha sərt olduğumuzu göstərməliyik”

Ötən gün Almaniyada baş tutan G7 Sammitində maraqlı anlar yaşanıb. Rusiyanın işğalçı siyasətinə qarşı birlik mesajı verən G-7 liderləri fotesessiya zamanı Vladimir Putinin “maço” hərəkətlərini ələ salıblar.

“AzPolitika.info” beynəlxalq KİV-lərə istinadla xəbər verir ki, G-7 liderlərinin bəziləri pencəklərini, qalstuklarını çıxarıb, köynəklərinin düymələrini açaraq, Putinin bir neçə il öncə at üzərində çəkdirdiyi yarı-çılpaq fotolar üzərindən onu ələ salıblar.
Məlumatda qeyd olunur ki, fotosessiya zamanı Böyük Britaniyanın baş naziri Boris Conson digər həmkarlarından pencəklərini çıxarmaq və ya soyunmaq lazım olub-olmadığını soruşub.

Kanadanın baş naziri Castin Trüdo isə “ata minəcəyik?” deyə sual edib.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen isə ona cavabında bildirib ki, “Bəli, at sürmək yaxşı fikirdir”.

Daha sonra Consonun “Biz Putindən daha sərt olduğumuzu göstərməliyik, gəlin ona əzələlərimizi göstərək” deməsindən sonra liderlər gülüblər.
Kateqoriyalar: Canlı debat