Videonun müddəti: 42:30 Baxış: 40K Əlavə edilib: 2022.09.24
Pinterest
LinkedIn
WhatsApp
Telegram

İran od içində: heykəllər, Bəsicin ofisləri yandırıldı, q*ətllər, g*üllələnmələr…- CANLI

Məşhəd şəhərində inqilab nəzəriyyəçisi Mütəhhərinin heykəli yandırılıb. Sentyabrın 23-ü gecə saatlarında İranın 83 şəhərində keçirilən kütləvi etiraz aksiyaları zamanı hökumət məmurlarının vətəndaşlara qarşı odlu silahdan atəş açması barədə çoxlu məlumatlar və videolar yayılıb. Videoların birində mülki vətəndaşın məmurlar tərəfindən saxlanılmasından sonra onların biri tərəfindən yaxın məsafədən güllələnərək öldürüldüyü əks olunub. Hadisənin harada baş verdiyini hələlik dəqiqləşdirmək mümkün olmasa da, qıraqdan "öldürdülər" qışqıran şəxsin ləhcəsindən onun qaşqay türkərindən olduğu başa düşülür. SEPAH-ın sosial media hesabında yayılan məlumatda, ötən gecə Tehranın Təcriş bölgəsində keçirilən etiraz aksiyasında iki yarım hərbi Bəsic üzvünün öldürüldüyü bildirilib. Məlumatda qətlin 18 yaşlı qız tərəfindən bıçaqla törədildiyi iddia edilib. Gənc qızın saxlanılmasını yazan SEPAH orqanı onun və öldürüldüklərini iddia etdiyi Bəsic üzvlərinin kimliyi barədə heç bir açıqlama verməyib. "İnsanları bu şəkildə bir-birinə qarşı qoyan məşhurlar bu qətllərdə, həyatların məhv edilməsində ortaqdırlar"-deyə, xəbərin sonunda yazılıb. Bunu təsdiq edəcək heç bir fakt olmadığı üçün SPAH-ın məqsədli şəkildə dezinformasiya yayaraq etirazçıların güllələnməsinə bəraət qazandırmağa çalışdığı güman edilir.
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics