Videonun müddəti: 1:19:55 Baxış: 360 Əlavə edilib: 2022.06.21
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Tural Abbaslı ilə Rüfət Quliyevin “Canlı debat”ı – yeni həbslər nəyi dəyişəcək?

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılan yüksək vəzifəli şəxslərdən birinin kimliyi məlum olub.

Onlardan birinin Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general-mayoru Ehtiram Xəlilov olduğu bildirilir. Qeyd edək ki, Ehtiram Xəlilov daha əvvəl Aksiz Baş Gömrük idarəsinin rəisi vəzifəsində çalışıb. Ondan əvvəl isə Sumqayıt gömrüyünə rəhbərlik edib.

Əməliyyatın təfərrüatı barədə yaxın saatlarda rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Bu həbslər nədən xəbər verir? Növbəti hədəf kimdir? Antikorrupsiya əməliyyatları korrupsiyanın kökünü kəsmək üçün kifayət edirmi?
Kateqoriyalar: Canlı debat