Videonun müddəti: 1:34 Baxış: 12K Əlavə edilib: 2022.04. 3
Pinterest
LinkedIn
WhatsApp
Telegram

Partlayış baş verən gecə klubunun indiki halı! Eksklüziv

@Tv Musavat #xəbərlər #2022 #sonxəbərlər #azərbaycan Xəbər verdiyimiz kimi, gecə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayış baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, 37 nəfər müxtəlif bədən xəsarətləri alıb. Musavat.com - un əməkdaşları olaraq hadisə yerinə yollandıq. Hadisə baş verən restoranın ətrafını polislər nəzarətə götürüb, giriş-çıxış məhdudlaşdırılıb. Yaxınlıqda yaşayan qonşuların dediklərinə görə ərazidə çoxlu sayda restoranın fəaliyyət göstərir: "Restoranın ön hissəsindən (Tarqovu tərəfdən) vizual hər şey yaxşı görsənsə də, arxa tərəfindən həyətyanı sahədə obyektlər iç-içədir. Havalandırma boruları,komunikasiya xətlərinin hamısı yaşayış evlərinin yanından keçir, bu da təhlükəli vəziyyət yaradır. Bundan əlavə, gecələr restoranlaran gələn səslərdən yatmaq mümkün deyil. Dəfələrlə bu barədə aidiyyəti orqanlara müraciət etmişik. Lakin heç bir tədbir görməyiblər".
Veriliş: Tv Musavat
Kateqoriyalar: News & Politics