Videonun müddəti: 40:59 Baxış: 343 Əlavə edilib: 2022.07.13
Pinterest
LinkedIn
WhatsApp
Telegram

“Canlı debat”da – Deputatlar Sabirabada, qazilər Milli Məclisin qabağına getdi

Milli Məclis Sədrinin müavini Adil Əliyev və Sabirabadın deputatı Kamal Cəfərov özünə qəsd edən Vətən müharibəsinin qazisi Elvin Cəfərovun yas mərasimində iştirak ediblər.

Bu barədə Kamal Cəfərov bildirib. O qeyd edib ki, hazırda Sabirabad rayonundadırlar:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyi Rəşadətli Ordumuzun tərkibində döyüşərək, düşmənin 30 illik işğalına son qoyan, tarixi torpaqlarımızı azad edən qəhrəmanlarımızından biri Elvin Cəfərovun intiharı hər birimizi dərindən sarsıtdı. Ərazi bütövlüyümüzü bərpa, suverenliyimizi bərqərar edən Vətən övladlarına, onların ailələrinə dövlətimiz tərəfindən hər cür köməklik göstərilir. Şəhid ailələri və qazilərin sosial problemlərinin həlli dövlətimizin əsas prioritet istiqamətlərindəndir. Eləcə də hər birimiz öz növbəmizdə onların çətinliklərinin həlli istiqamətində bütün mümkün olan addımları atmalıyıq.

Mən də Qurban bayramı günü digər qazilərimizlə birgə Elvinlə görüşmüşəm, bayramlaşmışıq. Görüşdə ailə üzvünün məktəbdə işə qəbulu ilə bağlı xahiş etdi. Görüşdən sonra Elvin mənimlə bir daha əlaqə saxlayaraq dayısı oğlunun da bank sektorunda işə düzəlməsini xahiş etdi, dayısı ilə də danışmışam.

Elvinin anası Rüqəyyə xanımı da yaxşı tanıyıram. Elvinin evinə də getmişəm. Elvin özü də Milli Məclisdə olub.

Allahdan bir daha Elvinə və bütün şəhidlərimizə rəhmət diləyir, ailələrinə səbr, qazilərimizə şəfa diləyirəm.Eyni zamanda qeyd etməliyəm ki, qazimiz Elvinin intihar etməsi faktı ilə bağlı hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Ona görə də bütün jurnalist dostlarımızdan xahiş edirəm ki, istintaqın nəticəsini gözləsinlər".


Xatırladaq ki, 1987-ci il təvəllüdlü Sabirabad rayonu Qalağayın kənd sakini Elvin Cəfərov iyulun 10-da İcra Hakimiyyətinin qarşısında özünü yandırıb. İntihara cəhd edən qazi ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. E.Cəfərov ağır yanıq xəsarətləri səbəbindən iyulun 12-də vəfat edib.

Elvin Cəfərov 3-cü qrup Vətən müharibəsi əlili idi, o döyüşlərdə kontuziya almışdı. Qazinin 2 azyaşlı oğlu qalub.

Baş Prokurorluğun məlumatına görə, faktla bağlı hazırda Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.
Kateqoriyalar: Canlı debat