Praqada 3-cü Qarabağ müharibəsi: kim nə əldə etdi? Rauf Arifoğlu ilə "CANLI DEBAT"
Praqada (Çexiya) Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan və Türkiyə liderləri ilə görüşləri zamanı “artsax məsələsi”nə yağlı nöqtə qoyuldu. Bu məsələ həmişəlik bağlandı!
Bu fikrləri məşhur erməni siyasi icmalçı Anjela Əlibəyova “Review” verilişinin efirində səsləndirib.
“BMT-nin qərarından və Erməni parlamentinin son bəyanatından anladığımız qədər, İrəvan hakimiyyəti Praqada “artsax məsələsi”nin həllindən imtina etdi. Paşinyanın əsas məqsədi Ermənistan Respublikasının ərazi bütövlüyünə diqqət yetirmək və saziş bağlamaq idi.
Praqada rəsmən 3-cü Qarabağ müharibəsi yaşanıb. Hansı tərəf, nələr əldə etdi? Bundan sonra hədəflər necədir?
Şəhid əsgərimiz Anarın qiyamətə qalmayan qis@ası!Qarabağda sav@ş var!Rauf Arifoğlu ilə "Canlı debat"
Avqustun 3-də Azərbaycan Ordusunun əsgəri şəhidlik zirvəsinə yüksəlib. Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutması nəticəsində ordumuzun əsgəri Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.
2004-cü il təvəllüdlü Anar Kazımov Şəmkir rayonunda dəfn olunacaq. Şəhidin nəşi doğulduğu Qaracəmirli kənd qəbiristanlığında torpağa tapşırılacaq. 4 aydır ki, xidmət edən A.Kazımov subay olub. Onun bir bacısı və bir qardaşı var.
Əsgərimizin qisası alınacaqmı? Xarici İşlər Nazirliyi də az öncə bəyanat yayaraq bu məsələdə günahkarlara işarə verib. Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, 3 avqust 2022-ci il tarixində Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun bölmələrinin mövqeləri intensiv atəşə tutulub, nəticədə hərbi qulluqçu əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.
APA XİN-ə istinadən xəbər verir ki, Azərbaycan tərəfi dəfələrlə, Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini və qanunsuz erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazisindən çıxarılmadığını bəyan edib. “3 avqust tarixində baş vermiş qanlı insident bir daha Ermənistanın üçtərəfli razılaşmanı kobud şəkildə pozduğunu, eyni zamanda iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində səylərə xələl gətirdiyini nümayiş etdirir. Bu, həmçinin Ermənistanın beynəlxalq vasitəçilərin səylərinə hörmətsizliyinin göstəricisidir.
Azərbaycan ərazisində baş verən insidentin bütün məsuliyyəti qonşu dövlətin torpaqlarında qanunsuz silahlı birləşmələrini hələ də çıxarmayan Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərindədir.
Azərbaycan ərazilərinin təhlükəsizliyi, sərhədlərinin bütövlüyünün təmin edilməsi üçün tərəfimizdən bütün müvafiq tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Allah şəhidimizə rəhmət eləsin!”, - qeyd olunub.
Nələr baş verir? Nələr gözlənilir? Ərdoğan-Putin arasında gözlənilən 5 avqust görüşündə bu məsələlər müzakirə olunacaqmı? Yoxsa öncədən razılıqlar artıq alınıb, planlaşdırma həyata keçirilibmi? Tovuzdakı hərəkətlilik nədən xəbər verir?
Bu və gündəmdəki digər xəbərləri  “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.