Ordumuz Laçına girdi, ilk dövlət qurumu fəaliyyətə başladı – Mehman Əliyevlə “Canlı Debat”
Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olmasını əks etdirən görüntülər yayılıb.
Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb: "Hazırda qeyd olunan ərazilərdə bölmələrimizin yeni dislokasiya məntəqələrinə yerləşdirilməsi, həmçinin zəruri mühəndis işlərinin görülməsi istiqamətində fəaliyyətlər davam etdirilir".
İşğaldan azad olunan Laçın şəhərində ilk dövlət qurumu fəaliyyətə başlayıb. Laçında Dövlət Təhlükəsizliyi Xidməti işinə başlayıb.
Xatırladaq ki, bu gün Azərbaycan Ordusu Laçın şəhərinə yerləşib, Zabux və Sus yaşayış məntəqələri tam nəzarətə götürülüb.
https://www.youtube.com/user/TVmusavat
Android smartfonları üçün:
https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US
iOS üçün:
https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460
#Trend #Azərbaycan #Xəbər
#xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə
Ordumuz Laçına belə daxil olub - VİDEO
Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Ordu korpusunun komandiri, general-mayor Kənan Seyidov Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi ilə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə məruzə edib.
Musavat.com xəbər verir ki, məruzədə deyilir:
"Möhtərəm Prezident! Cənab Müzəffər Ali Baş Komandan! Əmrinizə əsasən, Azərbaycan Ordusu Laçın şəhərini, Zabux və Sus yaşayış məntəqələrini tam nəzarətə götürdü. Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı dalğalanır. Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır!"
2022-ci ildə Qarabağa tam nəzarət edə biləcəyikmi? Üç tanınmış siyasətçinin fərqli cavabı
#tvmusavat #qarabağ #azərbaycan #qarabağazərbaycandır Mirmahmud Mirəlioğlu: “Brüssel görüşündəki uğurlar var. Amma onun hamısının yol xəritəsi Soçidə cızılıb” Tahir Mirkişili: “Prezident Ermənistanla Azərbaycan arasında sülh sazişinin qarşısının alınmasına çalışan qüvvələrə mesaj verdi” Qabil Hüseynli: “Prezident bizi yaxşı mənada çaşdırır, həyəcanlandırır” “Azərbaycanla Ermənistan arasında sülh sazişinin olmasında maraqlı olmayan qüvvələr var”. Musavat.com xəbər verir ki, bu fikirləri bu gün "Yeni Müsavat" Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlunun moderatorluğu ilə canlı yayımlanan verilişdə YAP-çı deputat, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib. Onun sözlərinə görə, Brüsseldə tərəflər bir araya gəldi, irəliləyiş əldə edildi: “Amma ötən gün Paşinyan öz partiya yoldaşları ilə görüşdə “Artsax”la bağlı fikirlər deyib. Tam miqyasda ölçü götürməyib. Və bu gün prezidentin Hadrutda öz ad gününü qeyd etməsi nəinki Ermənistana, onun arxasında dayanan qüvvələrə mesajdır. Bu mesajlardn biri odur ki, regionun sahibi Azərbaycandır. Azərbaycanı razı salmadan hər hansı bir siyasi hadisənin inkişafından, kommunikasiyanın açılmasından söhbət gedə bilməz. Hadrutda baş verən döyüçlər Şuşanın taleyini həll etdi. Ordan verilən mesaj Ermənistanla Azərbaycan arasında sülh sazişinin qarşısının alınmasına çalışan qüvvələrə də mesaj idi”. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik etdi. O, bu gündən sonra neçə il yaşamamızdan asılı olmayaraq, “həyatımızda 44 gün yaşamışıq” deyib: “Ali baş komandana və müzəffər ordumuza təşəkkür edirəm. Soçi və Brüssel görüşləri, onun nəticələri göz qabağındadır. Tələblər ünvanına getmir. Rus sülhməramlılarını biz gətirmişik. Ora istənilən adam gələ bilər. Xocalı, Xankəndi, Zəngəzur bizdədirmi? Brüssel görüşündəki uğurlar var. Amma onun hamısının yol xəritəsi Soçidə cızılıb. Bu gün əldə etdiklərimizi heç kim əlimizdən almır. Amma 2022-ci ildə arzuladıqlarımızı həyata keçirmək üçün tam qələbəmiz olmalıdır. Xankəndi bizdə olmalıdır. Orda üç işğalçı dövlətin bayrağı var, amma Azərbaycan bayrağı yoxdur. Nəzarət bizdə deyil. Mesajların ora təsiri yoxdur. Biz zamanında bu məsələni həll etmək imkanımız daha geniş idi. Zamana saxlamışdıq, zamanla biz həll etməliyik. Biz dostumuzu, düşmənimizi bilməliyik”. M.Mirəlioğlu eyni zamanda bildirib ki, İ.Əliyevin möhtəşəm müsahibələri, mesajları var. Amma bu mesajları həyata keçirmək lazımdır: “Putinin imperator kimi özünü aparması, bu ərazilərə Rusiyanın ərazisi kimi, əhalimizə öz əhalisi kimi baxması əslində bizə verilən cavabdır. Sabahımız üçün nəzərə alınmalıdır. Həll olunana qədər deyilməlidir”. Politoloq Qabil Hüseynli isə bildirib ki, prezident bizi yaxşı mənada çaşdırır, həyəcanlandırır: “60 yaş müdriklik dönəmidir. Prezident bu hədddə çatıb. Müzəffər ali baş komandan kimi Qarabağımızı canavarın ağzından dartıb çıxarıb. Ərazilərimiz üzərində hökmranlığın əldə edilməsinə gəlincə, opponent fikridir. Siyasət mümkün olanı əldə etmək sənətidir. 2020-ci ilin 27 sentyabrından əvvəlki vəziyyəti 44 günlük müharibədən sonrakı vəziyyəti müqayisə edək. Bölgədə qüvvələr nisbəti dəyişdi. Dünya düzəninə bu bögədə düzəliş verdik. Ölkə də tamam fərqli bir ölkə oldu. Bəziləri deyirlər ki, Şuşadan əvvəl Xankəndini götürmək lazım idi. Beynəlxalq təşkilatlar bizim ərazi bütövlüyümüzü tanıyır. Bizim ərazi bütövlüyümüzün de yure əsası qoyulub. Onun de fakto həyata keçməsi yolunda əngəllər var. Bu əngəllərdən biri Rusiyadır. Rusiya buranı özünün arxa bağçası hesab edir və beynəlxalq hüquqa sayğı ilə yanaşmır”.