FHN-dəki video qalmaqalında yeni detallar! Əsas hədəf kimdir? - Hafiz Hacıyev açıqlayır CANLI
Rusiya sülhməramlıları Qarabağda vəziyyətin sabitləşməsi üçün hər cür səy göstərir.
Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin erməni deputat Taquhi Tovmasyanın müraciətinə yazılı cavabında deyilir.
Tovmasyan sosial şəbəkədə yazıb ki, avqustun əvvəlində baş vermiş gərginlik kontekstində “Laçın dəhlizi” ətrafında yaranmış vəziyyətlə bağlı əvvəllər səfirliyə müraciət edib.
Səfirlik qeyd edir ki, istər İrəvanda, istərsə də Bakıda Qarabağda yerləşdirilmiş Rusiya kontingentinin mühüm rolu dəfələrlə vurğulanıb.
“Rusiya tərəfi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına bundan sonra da hər cür kömək göstərməyə hazırdır”.
Tovmasyan Rusiya tərəfinin diqqətini Laçın şəhəri, Zabux və Sus kəndlərinin (“Laçın dəhlizi” boyunca yerləşir - red.) Azərbaycanın nəzarətinə keçməsi prosesinə də cəlb edib. Onun sözlərinə görə, o, səfir Sergey Kopırkinə həmin yerlərdə yaşayan ermənilər üçün yaranmış çətinliklər, evakuasiyanı təşkil etmək üçün insan, texniki və nəqliyyat resurslarının çatışmazlığı barədə məlumat verib. Tovmasyan Kopırkindən yaşayış məntəqələrindəki ermənilərin köçürülməsi müddətlərinin uzadılması məsələsində köməklik göstərməsini xahiş edib.
Səfirliyin şərhində isə deyilir ki, “Laçın dəhlizi” ətrafındakı vəziyyət 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 6-cı bəndinə uyğun olaraq həll edilməlidir.
Səfirlik onu da qeyd edib ki, bütün bu mövzularda maraqlı tərəflərlə müzakirələr aparılır. Bu müzakirələrin məqsədi hamıya uyğun bir razılaşma əldə etmək, eyni zamanda üçtərəfli bəyanatı həyata keçirməkdir. Bu problemi həll etmək üçün Rusiya tərəfi Ermənistan və Azərbaycanla həm ən yüksək səviyyədə, həm də Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və digər idarələr səviyyəsində daimi dialoq aparır.
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 12.00-də tanınmış jurnalist, Misra TV-nin rəhbəri Fuad Abbasov Malikoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Səfər Mehdiyevin ölkədən çıxışına niyə stop qoyuldu? - Hafiz Hacıyevlə "Canlı debat"
AzTV AMEA-nı sərt tənqid etdi
İranın verdiyi “cəsarət”: İrəvan dəhlizdən imtina edir
Arif Həşimov AzTV-nin süjeti ilə bağlı AÇIQLAMA verdi: “Mən tapşırmışam”
Əliyev-Paşinyan görüşü üçün danışıqlar aparılır
Mövlam Şıxəliyevin 14 il azadlıqdan məhrum edilməsi tələb olundu– Rütbəsi və əmlakı əlindən alınır
Səfər Mehdiyevin ölkədən çıxışına niyə stop qoyuldu?