Ruslara Bakıya gəlmək qadağan edilsinmi? - REPORTAJ
Rusiya vətəndaşlarının Avropa Birliyi ölkələrinə girişinə qadağa qoyula bilər. Mediada bununla bağlı AB rəsmilərinin açıqlamalarına rast gəlinir. Qeyri-rəsmi anlaşmalar əsasında Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsi 10 dəfə azaldılıb. Ruslar Avropaya, Amerikaya və başqa ölkələrə 3-cü dövlətlər üzərindən getmək məcburiyyətindədirlər.
AB dövlətlərinin rəhbərləri ictimaiyyətə açıqlamalarında qeyd edirlər ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin hələ də davam etməsində sadə ruslar da günahkardırlar. Onlar Putinə və Kremlin təcavüzkar siyasətinə qarşı ayağa qalxmırlar, etiraz etmirlər və bununla da işğalı dəstəkləmiş olurlar.
Həm rəsmi statistikalara, həm də elə gözümüzün gördüyü mənzərələrə görə, hazırda Bakıda rus turistlərin sayı ötənilkilərlə müqayisədə daha çoxdur. Bunun Azərbaycan iqtisadiyyatına faydası əlbəttə ki, var. Bəs, o zaman məsələnin siyasi və mənəvi tərəfləri? Ukrayna xalqına qarşı təcavüzkar bir müharibə aparan Rusiyaya qarşı heç bir sanksiyaya, o cümlədən də ruslara ölkəmizə gəlmək qadağasına qoşulmamaqla, Azərbaycan düzmü edir? Bizim dövlətimiz Aİ-nin, Kollektiv Qərbin anti-Rusiya sanksiyalarına qoşulmalıdırmı? Ən azından, sonuncu qərara - rus turistlərin və qonaqların ölkəmizə gəlişinə mane olan analoji qərarı biz də verməliyikmi?
“TV Musavat”ın reportyor qrupu paytaxt sakinləri arasında sorğu edərək bu və digər suallara cavab tapmağa çalışıb.
Musavat.com sözügedən reportajı təqdim edir:
Nigar HƏSƏNLİ,
Rafət ŞAHBAZOV
Musavat.tv
“Evdə olar, çöldə - yox!..” – azərbaycanlılar şortiki niyə sevmir?
Zaman-zaman cəmiyyətimizdə şortik qalmaqalı baş verir. Sonuncu belə hadisə bu günlərdə İsmayıllı rayonunda yaşandı. Belə ki, İsmayıllı rayon sakinləri ilə yerli turistlər arasında sonuncuların şortik geyinməsi üstündə münaqişə baş verib. Hadisənin görüntüləri sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb oldu.
Bəs azərbaycanlılar niyə şortiki sevmir, bu geyimi qıcıqla qarşılayırlar? Halbuki qanunla bu geyimə qadağa yoxdur və şortik geymək hər hansı hüquqi məsuliyyət də yaratmır.
Mövzu ilə bağlı TV Musavat-ın əməkdaşları Bakı sakinləri arasında sorğu keçirib. Həmin videosorğunu təqdim edirik:
Xalidə Gəray
Elçin Əkbərov
Musavat.tv
Həsən ağa Dəmirçi ilə müsahibə
www.musavat.com Şikayətlərinizi, təkliflərinizi, maraqlı video və fotolarınızı bizə ünvanlayın. Mehemmedturkmen@gmail.com Ünvan: Bakı şəhəri. R.Rüstəmov küçəsi 2528-ci məhəllə, 44"d". Telefon/Fax: (+99412) 520-01-23/28 e-mail: yenimusavat@mail.ru Reklam işləri üzrə əlaqə telefonu (+99450/55/70) 210-50-74