Rusiya Krım körpüsünə hücumun şok detallarını və adları açıqladı - Hərbi analitiklə CANLI
Rusiya Federal Təhlükəsizlik Xidməti Ukrayna kəşfiyyatının Krım körpüsündə partlayışa necə hazırlaşdığını əks etdirən foto və videolar yayıb.
FTX-nın məlumatında terror aktının təşkilində iştirak edənlərin fotoşəkilləri, gömrük postunda yük maşınının içindəkilərin rentgenoqrafiyası, yükün çatdırılması üçün sənədlər də var.
FTX-nın İstintaq Komitəsi ilə birgə açıqladığı məlumata görə, Krım körpüsündə terror aktının təşkilatçısının Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsi və onun rəhbəri Kirill Budanov, əməkdaşları və agentləri olduğu müəyyən edilib.
“Müəyyən olunub ki, ümumi çəkisi 22,77 ton olan partlayıcı 22 ədəd tikinti polietilen plyonka ilə rulonlarda kamuflyaj edilib və Translogistik UA MMC arasında 02/08/2022 saylı müqavilə əsasında avqustun əvvəlində Odessa limanından Bolqarıstanın Ruse şəhərinə göndərilib. Sentyabrın 29-dan oktyabrın 3-dək İrəvanda Transalyans terminalında yük Avrasiya İqtisadi Birliyi qaydalarına uyğun rəsmiləşdirilib, sənədlər dəyişdirilib, bundan sonra yükü göndərən “GU AR GROUP” MMC (Ermənistan, Alaverdi şəhəri), alıcı isə "Lider" MMC (Moskva) olub.
Gürcüstan qeydiyyatında olan DAF markalı avtomobilində yük oktyabrın 4-də yük Yuxarı Lars vasitəsilə Rusiya-Gürcüstan sərhədindən keçib və oktyabrın 6-da Krasnodar diyarındakı Armavir topdansatış bazasına çatdırılıb və boşaldılıb.
Oktyabrın 7-də Ukrayna vətəndaşı Solomko Vladimir Vasilyeviç Zlobun (1987-ci il) və digər 5 nəfər Rusiya vətəndaşının köməkliyi ilə yükün sənədləri yenidən dəyişdirilib, göndərici “TEK-34” MMC (Ulyanovsk) göstərilib və alıcı isə Krımda mövcud olmayan bir şirkət olub. Həmin gün yüklər Simferopola yola düşmüş Rusiya vətəndaşı Mahir Yusubovun (1971-ci təvəllüdlü) yük maşınına yüklənib və oktyabrın 8-də saat 06.03-də Krım körpüsündən keçərkən partlayış baş verib.
Yüklərin bütün marşrut üzrə hərəkətinə və cinayət sxeminin iştirakçıları ilə əlaqəyə nəzarəti Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşı, özünü İvan İvanoviç kimi təqdim edən şəxs həyata keçirib.
Yükün göndərilməsinə Ukrayna vətəndaşları Mixail Vladimiroviç Tsyurkalo (1975-ci il təvəllüdlü), Denis Oleqoviç Kovaç (1979) və Roman İvanoviç Solomko (1971), Gürcüstan vətəndaşları Sandro İnosaridze və Levan adlı broker və Ermənistan vətəndaşı Artur Terçanyan (1985) cəlb olunublar. Cinayətin hazırlanmasında iştirak edən 5 Rusiya, 3 Ukrayna və Ermənistan vətəndaşı saxlanılıb.
Rusiya 27 min itki verib: Putin necə xilas olacaq? Polkovniklə CANLI YAYIN
Ukrayna - Rusiya, Müharibə, Kiyev, Xəbərlər, Ən Son Xəbərlər, Canlı xəbərlər, TV Musavat, Musavat TV, Xeber, Azərbaycan, 2022, Sevinc Telmanqızı, Yeni Xəbər, Canlı Tv, Azərbaycan, TvMusavat, Xəbər, xəbərlər, xəbərlər, son dəqiqə, xəbərlər bugün 2022, xəbər zamanı, siyasət, canlı debat, xəbər zamanı, təcili xəbər, yenixəbər, son xəbərlər #Xəbər #Canlı #TvMusavat ************** Ukrayna müharibənin 82-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat yayılıb. Bildirilib ki, Rusiya indiyə qədər 27 700 hərbçi, 1228ədəd tank, 2974 ədəd zirehli döyüş maşını, 577 ədəd artilleriya sistemi, 195 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 89 hava hücumundan müdafiə sistemi, 200 ədəd hərbi təyyarə, 165 ədəd helikopter, 2101 ədəd avtomobil texnikası, 13 ədəd gəmi/kater, 76 ədəd yanacaq sisterni, 427 ədəd PUA, 41 ədəd xüsusi texnika, 97 qanadlı raket itirib. “Luqansk vilayətində rus qoşunları itki verir. Artıq Severodonetsk ətrafından geri çəkilməyə başlayıb. Lakin hücumlar ara vermir”. Bu barədə Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday bildirib. O deyib ki, düşmənin qarşısını almaq üçün Ukrayna Silahlı Qüvvələri Rubijne və Severodonetsk arasında dəmir yolu körpülərini partladıb. “Raşistlər itki verir və Severodonetsk ətrafından geri çəkilirlər. Lakin hücumlarını da dayandırmırlar. İşğalçıların qarşısını almaq üçün müdafiəçilərimiz Rubijnı ilə vilayət mərkəzi arasındakı dəmir yolu körpülərini uçurdular!”. Onun sözlərinə görə, düşmən Luqansk vilayətində irəliləməkdə davam edir, döyüşlər demək olar ki, gecə-gündüz davam edir. TVMusavat-ın canlı efirində, “Həftə içi” verilişinin qonağı olan Azərbaycanın tanınmış hərbi eksperti, polkovnik-leytenant Alp Arslan İmamqulu Ukraynadakı son vəziyyəti şərh edir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/user/TVmusavat Android smartfonları üçün: https://play.google.com/store/apps/details?id=com.app.musavat&hl=en_US&gl=US iOS üçün: https://apps.apple.com/lb/app/tv-musavat/id1590566460 #Trend #Azərbaycan #Xəbər #xəbər #xəbərlər #xəbərsiz #xəbərlər son dəqiqə #xəbərlərbugün #2022 #xəbərzamanı #siyasət #canlıdebat #xəbərlər #xəbər zamanı #xəbər #xəbərlər #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə rusiya ukrayna müharibəsi